...

Bakıda Dünya Kubokunun bürünc mükafatçısı: Bu, Azərbaycanın qadın idman gimnastikası üçün böyük uğurdur

İdman Materials 21 Fevral 2016 17:53 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun bürüncü mükafatçısı Marina Nekrasova azarkeşlərə təşəkkürünü bildirib.
Bakıda Dünya Kubokunun bürünc mükafatçısı: Bu, Azərbaycanın qadın idman gimnastikası üçün böyük uğurdur

Bakı. Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun bürüncü mükafatçısı Marina Nekrasova azarkeşlərə təşəkkürünü bildirib.

O deyib: "Məni dəstəkləyən bütün azarkeşlərə çox minnətdarlığımı bildirmək istəyirəm. Bu dəstək mənə çox kömək etdi. Çox şadam ki, bu medalı qazana bildim. Bu, Azərbaycanın qadın idman gimnastikası üçün böyük uğurdur".

M.Nekrasova sərbəst hərəkətlərdə bürünc medal qazanıb. Onun finalda nəticəsi 13.200 bal olub.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti