...

Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər

İdman Materials 26 Fevral 2016 15:52 (UTC +04:00)
28 fevral - 6 mart tarixlərində Malayziyanın Kuala-Lampur şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək.
Stolüstü tennisçilərimiz dünya çempionatında iştirak edəcəklər

Bakı. Trend:

28 fevral - 6 mart tarixlərində Malayziyanın Kuala-Lampur şəhərində stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda 91 kişi və 81 qadın komandasının iştirakı nəzərdə tutulur.

Azərbaycanı çempionatda məşqçi M.Timofeyevin rəhbərliyi altında Məryəm İmanova, Deng Simeng və Zhou Chuyi təmsil edəcəklər.

Qadınlardan ibarət komandamız III divizionda öz qrupunda Argentina, Qvatemala, Qazaxıstan, Latviya və Monqolustan komandaları ilə mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti