...

Jurnalistlər və incəsənət ustaları stolüstü tennis oynayacaqlar

İdman Materials 3 Mart 2016 10:27 (UTC +04:00)
5 mart bədən tərbiyəsi və idman günü münasibətilə jurnalistlər və incəsənət ustaları arasında stolüstü tennis yarışı keçiriləcək.
Jurnalistlər və incəsənət ustaları stolüstü tennis oynayacaqlar

Bakı. Trend:

5 mart bədən tərbiyəsi və idman günü münasibətilə jurnalistlər və incəsənət ustaları arasında stolüstü tennis yarışı keçiriləcək.

"İdman" qəzetinin Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkil edəcəyi turnirdə kişilər və xanımlar ayrı-ayrılıqda yarışacaqlar.

Yarış bir gün ərzində, martın 4-də saat 11.00-dan 15.00-dək davam edəcək.

Həm kişilər, həm də xanımlar arasında ilk üç yeri tutanlara, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin müvafiq diplomları və sponsorların xüsusi mükafatları təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti