...

Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşdi (YENİLƏNİB)

İdman Materials 9 Mart 2016 19:39 (UTC +04:00)
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşdi (YENİLƏNİB)

Digər oyunların nəticələri əlavə olunub (ilk xəbər saat 15:56-da yayılıb)

Bakı. Trend:

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "İnter" ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu "Rəvan"ı qəbul edib. 31-ci dəqiqədə Nika Kvekveskiri "İnter"i önə keçirib. 65-ci dəqiqədə Sezar Meza Kolli fərqi artırıb. Əsas vaxta 5 dəqiqə qalmış Vüqar Nadirov son nöqtəni qoyub - 3:0.

Bu hesab "İnter"i yarımfinala yüksəldib.

"Sumqayıt" doğma meydanda "Qarabağ"la qarşılaşıb. İlk oyunda 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi bu dəfə də üstün olub - 4:1. "Qarabağ"ın heyətində Muarem Muarem və Samuel Armenteros dubl ediblər.

"Qəbələ" isə səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Zirə"ni qəbul edib. Oyuna meydan sahibləri fəal başlayıblar. Artıq 12-ci dəqiqəyədək Aleksey Qay dubl edib. 17-ci dəqiqədə Rəşad Sadiqov fərqlənib.

36-cı dəqiqədə "Zirə"nin futbolçusu Nurlan Novruzovun qoluna isə qəbələlilər iki topla cavab veriblər - 5:1.

Beləliklə, "Qarabağ" və "Qəbələ" də adını yarlmfinalçılar sırasına yazdırıb.

1/4 final mərhələsinin son cavab oyunu Bakıda keçirilib. "Neftçi" Lənkəranda baş tutmuş ilk oyunda 2:3 hesabı ilə məğlub olduğu "Xəzər Lənkəran"ı qəbul edib.

60-cı dəqiqədə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib. 4 dəqiqə sonra Araz Abdullayev "Neftçi"yə qələbə gətirən qola imza atıb - 2:0.

Beləliklə, Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qəbələ" "Neftçi" ilə, "Qarabağ" isə "İnter"lə qarşılaşacaq. Bu mərhələnin oyunları 27 aprel - 4 may tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti