...

Komandamızın reytinqi yüksəlib

İdman Materials 11 Mart 2016 20:03 (UTC +04:00)
Stolüstü tennis üzrə Malaziyada keçirilən dünya çempionatı başa çatıb.
Komandamızın reytinqi yüksəlib

Bakı. Trend:

Stolüstü tennis üzrə Malaziyada keçirilən dünya çempionatı başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatdakı uğurlu çıxışdan sonra Azərbaycanın stolüstü tennis üzrə qadınlardan ibarət yığma komandası reytinqini daha da yaxşılaşdırıb. Belə ki, bundan əvvəl reytinq cədvəlində 77-ci yeri tutan qadınlardan ibarət yığmamız çempionatdan sonra olimpiya üzrə reytinqdə 53-cü sıraya yüksəlib.

Qeyd edək ki, 2015-ci ildə komanda reytinq cədvəlində 86-cı yerdə idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti