...

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilir

İdman Materials 14 Mart 2016 18:15 (UTC +04:00)
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilir.
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilir

Bakı. Trend:

Martın 14-də Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, "Şüa" İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışlarda 16 oğlan və 11 qız komandası iştirak edir.

Respublikanın bir sıra şəhər və rayonlarının təmsil olunduğu birinciliyə martın 18-də yekun vurulacaq.

Qeyd edək ki, yarışda qalib olmuş oğlanlardan və qızlardan ibarət komandalarımız 8-17 iyul 2016-cı il tarixində Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti