...

“Zirə” yerini bərkitdi (VİDEO)

İdman Materials 20 Mart 2016 17:43 (UTC +04:00)
Bu gün Premyer Liqanın 26-cı turunun oyunları başa çatıb.
“Zirə” yerini bərkitdi (VİDEO)

Bakı. Trend:

Bu gün Premyer Liqanın 26-cı turunun oyunları başa çatıb.

Trend-in məlumatına görə, son oyun günündə "Zirə" AZAL-ı qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar - 9-cu dəqiqədə Rəşad Abdullayev fərqlənib. 32-ci dəqiqədə Aydın Qasımov hesaba tarazlıq gətirib.

İkinci hissədə zirəlilər Elvin Məmmədovun qolu ilə önə keçiblər. Lakin "təyyarəçilər" yenə də hesabı bərabərləşdiriblər - Ruslan Nəsirli rəqib qapısına yol tapıb. Matçın son 10 dəqiqəsində "Zirə" futbolçularının 2 qoluna isə AZAL-dan cavab gəlməyib - 4:2.

Beləliklə, "Zirə" 26 oyundan 50 xalla ikinci, AZAL isə 33 xalla altıncıdır.

Turun digər oyunlarının nəticələri:

"Rəvan" - "Sumqayıt" 1:2
"Qəbələ" - "Qarabağ" 1:2
"Neftçi" - "Kəpəz" 2:3
"Xəzər Lənkəran" - "İnter" 0:1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti