...

Azərbaycan çempionatının 1-ci mərhələsi keçirilib (FOTO)

İdman Materials 21 Mart 2016 16:09 (UTC +04:00)
Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.
Azərbaycan çempionatının 1-ci mərhələsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda dağa fərdi qrup ötüşməsi üzrə Azərbaycan çempionatının 1-ci mərhələsi keçirilib. Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.

Federasiyadan Trend-ə verilən məlumata görə, reqlamentə əsasən, kiçik yaşlı qızlar 7 km, U-15 və U-17 kateqoriyasında yarışan velosipedçilər müvafiq olaraq 10 və 20 km, gənclər, U-23 və Elit kateqoriyasında mübarizə aparan idmançılar isə 30 km məsafə qət ediblər.

Kiçik yaşlı qızların mübarizəsində 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu məktəbin digər velosipedçisi Maqsud Həsənov isə 17 yaşadək velosipedçilər arasında ən yüksək nəticə göstərib.

U-15, gənclər və Elit kateqoriyasında isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Bakir Dadaşov və Ayxan İltifatlı digər rəqibləri üçün əlçatmaz olublar.

Qeyd edək ki, 3 mərhələdən ibarət olan dağa fərdi qrup ötüşməsi üzrə Azərbaycan çempionatının 2-ci mərhələsi martın 26-27-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti