...

"Neftçi" "İnter"i məğlub etdi, "Qarabağ"dan darmadağın (YENİLƏNİB) (VİDEO)

İdman Materials 30 Mart 2016 19:54 (UTC +04:00)
Bu gün Premyer Liqanın 27-ci turunun oyunları keçirilib.
"Neftçi" "İnter"i məğlub etdi, "Qarabağ"dan darmadağın (YENİLƏNİB) (VİDEO)

Digər oyunların nəticələri əlavə olunub (ilk xəbər saat 16:51-də yayılıb)

Bakı. Trend:

Bu gün Premyer Liqanın 27-ci turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, turun mərkəzi görüşü Gəncədə keçirilib. Yerli "Kəpəz" klubu "Zirə"ni qəbul edib.

Gərgin keçən oyunda hesab ikinci hissədə açılıb. 64-cü dəqiqədə Tural Axundov bakılıların qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirib. 79-cu dəqiqədə isə Tural Rzayev oyunda son nöqtəni qoyub - 2:0.

AZAL - "Qəbələ" matçında da meydan sahibləri üstün olublar. Oyunda hesabı qonaqlar açsa da, "təyyarəçilər" 53 və 73-cü dəqiqələrdə müvafiq olaraq Tural Hümbətov və Murad Səttarlının qolları ilə qələbə qazanıblar - 2:1.

"Sumqayıt" doğma meydanda "Xəzər Lənkəran"la qarşılaşıb. İlk qol cənub təmsilçilərindən gəlib - 49-cu dəqiqədə Zaman Mirzəzadə penaltidən yararlanıb. İkinci qolu da "Xəzər Lənkəran"ın futbolçusu Nodar Məmmədov vurub, lakin öz qapısına.

70-ci dəqiqədə "Sumqayıt" azlıqda qalıb - Mikayıl Rəhimov qırmızı vərəqə alıb. Bununla belə, Murad Ağayev sumqayıtlılara qələbə gətirən qolu vurub - 2:1.

"Qarabağ" - "Rəvan" oyunu Ağdam təmsilçisinin darmadağını ilə başa çatıb - 5:1.

Çempionatın liderinin heyətində Migel Madera, Muarem Muarem, Riçard Almeyda, Reynaldo və Dani, autsayder "Rəvan"ın heyətində isə Yasin Həmid fərqləniblər.

Günün son matçı - "İnter" - "Neftçi" oyununda isə bir qol qeydə alınıb. Ruslan Qurbanov 51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə "Neftçi"yə qələbə qazandırıb - 0:1.

Beləliklə, Premyer Liqada 3-cü dövrəyə yekun vurulub.

1

Qarabağ

27

60

2

Zirə

27

50

3

Kəpəz

27

45

4

İnter

27

44

5

Qəbələ

27

41

6

AZAL

27

36

7

Neftçi

27

35

8

Sumqayıt

27

28

9

Xəzər Lənkəran

27

14

10

Rəvan

27

8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti