...

"Qarabağ" "Kəpəz"i darmadağın etdi (VİDEO)

İdman Materials 8 Aprel 2016 19:46 (UTC +04:00)
Bu gün Premyer Liqanın 29-cu turunun ilk oyunu keçirilib.
"Qarabağ" "Kəpəz"i darmadağın etdi (VİDEO)

Bakı. Trend:

Bu gün Premyer Liqanın 29-cu turunun ilk oyunu keçirilib.

Trend-in məlumatına görə, "Qarabağ" "Kəpəz"i qəbul edib. Matça qonaqlar uğursuz başlayıblar. Belə ki, oyunun 17 və 42-ci dəqiqələrdə "Kəpəz"in futbolçusu Tural Axundov avtoqola imza atıb.

62-ci dəqiqədə Mahir Mədətov fərqi artırıb. Son dəqiqələrdə isə Samuel Armenteros son nöqtəni qoyub - 4:0.

Beləliklə, "Qarabağ" 66 xalla turnir cədvəlinin şəriksiz lideridir. 45 xallı "Kəpəz" 4-cü sıradadır.

Qeyd edək ki, turun digər oyunları aprelin 9-u və 10-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti