...

Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" finalı

İdman Materials 4 May 2016 20:56 (UTC +04:00)
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olub.
Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" finalı

Bakı. Trend:

Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olub.

Trend-in məlumatına görə, "Qarabağ" ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyi "İnter"i qəbul edib.

Bu dəfə də Ağdam təmsilçisi üstün olub - 1:0.

Digər oyunda isə "Neftçi" "Qəbələ"ni mübarizədən kənarlaşdırıb.

Beləliklə, 2015/2016-cı il mövsümündə Azərbaycanın Kubokunun finalında "Qarabağ" və "Neftçi" qarşılaşacaqlar.

Azərbaycan Kuboku uğrunda həlledici oyun mayın 25-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti