...

Avropa Liqasının finalında "Liverpul" və "Sevilya" qarşılaşacaq

İdman Materials 6 May 2016 01:25 (UTC +04:00)
Mayın 5-dən 6-na keçən gecə Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Avropa Liqasının finalında "Liverpul" və "Sevilya" qarşılaşacaq

Bakı. Trend:

Mayın 5-dən 6-na keçən gecə Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, baş tutan iki oyunndan sonra finalçılar məlum olub.

Evdə "Sevilya" ilə 2:2 hesablı heç-heçə edən Ukraynanın "Şaxtyor" klubu səfərdə rəqibini üstələməyə çalışsada, evdə "Şaxtyor"a 3:1 hesabı ilə qalib gələn "Sevilya" finala yüksəlib.

Yurgen Kloppun "Liverpul"u isə "Enfild" arenasında "Vilyarreal"ı qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan "Liverpul" doğma azarkeşləri önündə 3 cavabsız qolla qalib gəlməklə adını finala yazdırıb.

"Sevilya" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:1
Qollar: Qameyro, 9 (1:0), Eduardo, 44 (1:1), Qameyro, 47 (2:1), Mariano, 59 (3:1)
İlk oyun - 2:2

"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 3:0
Qollar: Staric, 7 (1:0), Staric, 63 (2:0), Lallana, 81 (3:0)
Qırmızı vərəqə: Ruiz, 71 ("Vilyareal")
İlk oyun - 0:1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti