...

“Şahin” hərbi-idman oyununun final yarışı keçiriləcək

İdman Materials 6 May 2016 11:45 (UTC +04:00)
“Şahin” hərbi-idman oyununun respublika final yarışı keçiriləcək.
“Şahin” hərbi-idman oyununun final yarışı keçiriləcək

Bakı. Trend:

"Şahin" hərbi-idman oyununun respublika final yarışı keçiriləcək.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin proqramına əsasən 9 mayda saat 16:00-dan 17:00-dək iştirakçı komandalar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

10 mayda saat 10:00-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Şahin" hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçiriləcək və yarışının qalibləri həmin gün müəyyənləşəcək.

1996-cı ildən keçirilən "Şahin" hərbi-idman oyununda VIII və X sinif şagirdləri iştirak edir. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayırlar.

Bakı şəhəri üzrə keçirilən zona birinciliyində I, II və III yerləri tutmuş komandalar, digər 8 zonanın hər birindən isə I və II yerləri tutmuş komandalar respublika final yarışında iştirak etmək hüququ qazanırlar.

Komandanın tərkibi 14 nəfərdən (10 oğlan 4 qız) ibarətdir. Final yarışında 19 komandanın iştirakı nəzərdə tutulub.

Bu tədris ilində oyunların keçirilməsinin 20 illiyi tamam olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti