...

"Neftçi" 700-ü kapitanla keçdi

İdman Materials 9 May 2016 12:41 (UTC +04:00)
Premyer Liqanın 33-cü turunun AZAL ilə ev oyunu “Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub.
"Neftçi" 700-ü kapitanla keçdi

Bakı. Trend:

Premyer Liqanın 33-cü turunun AZAL ilə ev oyunu "Neftçi" üçün yubiley qolu ilə əlamətdar olub.

Trend PFL-in saytına istinadən məlumat verir ki, paytaxt təmsilçisi ölkə çempionatları tarixində öz meydanında keçirdiyi qarşılaşmalarda 700-cü qolu vurub. Bu görüşədək 338 ev oyununda 698 dəfə rəqib qapılarına yol tapan "ağ-qaralar"ın paytaxt derbisindəki 2-ci qolu yubiley xarakteri daşıyıb. "Neftçi"nin öz meydanındakı 700-cü qolunun müəllifi komandanın kapitanı Araz Abdullayev olub. AZAL-a 3:1 hesabı ilə qalib gələn "ağ-qaralar" qol sayını 701-ə də çatdırıb. Öz meydanında hamıdan çox qol vuran bakılılar 329 matçda 221 qələbə qazanıb, 76 heç-heçə edib və 42 dəfə uduzub. "Neftçi"nin öz meydanındakı top fərqi 701-209-dur.

Bu qol A.Abdullayevin özü üçün də əlamətdar olub. Yarımmüdafiəçi "Neftçi"nin heyətində 30-cu qolunu vurub. Ölkə çempionatında 23 dəfə fərqlənən Araz avrokuboklarda 3, Azərbaycan kubokunda isə 4 qolun sevincini yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti