...

I divizion tarixində ilk dəfə

İdman Materials 9 May 2016 16:27 (UTC +04:00)
Futbol üzrə Azərbaycan I divizionda çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edən “Neftçala” ölkə futbolu tarixinə düşüb.
I divizion tarixində ilk dəfə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan I divizionda çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edən "Neftçala" ölkə futbolu tarixinə düşüb. Əyalət klubu aşağı divizionda 2 dəfə qalib adını qazanan ilk və yeganə komandadır.

Trend PFL-in saytına istinadən məlumat verir ki, 1992-ci ildən keçirilən yarışda indiyədək 21 dəfə çempion müəyyənləşib. Bu titula 20 komanda layiq görülüb. Ötən il çempion olub Premyer Liqaya çıxış üçün lisenziya ala bilməyən neftçalalılar yenidən mübarizə apardığı I divizionda titulunu qoruya bilib. Onlara qədər fasilələrlə də aşağı dəstədə çıxış edənlərin heç biri iki çempionluq qazanmayıb.

Xatırladaq ki, 1993/94 mövsümündə I dəstə 3 qrupda keçirilib və final mərhələsi iki "üçlük"də baş tutub. Amma bu mərhələnin qalibi olan "Zabrat" (Bakı) ilə "Azneftyağ" (Bakı) arasında çempionluq uğrunda matç keçirilməyib. 1997/98 və 1998/99 mövsümlərində ümumiyyətlə I dəstə olmayıbsa, 2002/03 mövsümündə Azərbaycanda çempionat baş tutmayıb.

I divizionun qalibləri

1992. "Nicat" (Maştağa)
1993. "Xəzri" (Buzovna)
1993/94. Çempion müəyyənləşməyib
1994/95. "Şəmkir"
1995/96. "Xəzər" (Sumqayıt)
1996/97. "Göyçay"
1997/98. Keçirilməyib
1998/99. Keçirilməyib
1999/2000. "Şahdağ" (Quba)
2000/01. OİK (Bakı) (İndiki MOİK)
2001/02. "Lokomotiv" (İmişli)
2002/03. Keçirilməyib
2003/04. "Gənclərbirlliyi" (Sumqayıt)
2004/05. AMMK (Bakı) (İndiki AZAL)
2005/06. "Gilan" (Xanlar) (İndiki "Qəbələ")
2006/07. "Masallı"
2007/08. "Bakılı"
2008/09. ABN-Bərdə
2009/10. "Gəncə" (İndiki "Kəpəz")
2010/11. "Abşeron" (Bakı)
2011/12. "Qaradağ Lökbatan"
2012/13. "Ağsu"
2013/14. "Araz-Naxçıvan"
2014/15. "Neftçala"
2015/16. "Neftçala"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti