...

"Qarabağ" "Qəbələ"ni məğlub etdi, "İnter" 3-cü pilləyə yüksəldi (YENİLƏNİB)

İdman Materials 11 May 2016 20:57 (UTC +04:00)
Bu gün Premyer Liqanın 34-cü turunun oyunları keçirilir.
"Qarabağ" "Qəbələ"ni məğlub etdi, "İnter" 3-cü pilləyə yüksəldi (YENİLƏNİB)

Digər oyunların nəticələri əlavə olunur (ilk xəbər saat 18:04-də yayılıb)

Bakı. Trend:

Bu gün Premyer Liqanın 34-cü turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, "Kəpəz" Gəncə şəhər stadionunda "Neftçi"ni qəbul edib. İlk qol meydan sahiblərindən gəlib - 4-cü dəqiqədə Julien Ebah fərqlənib.

Paytaxt təmsilçisinin cavab qolunu 49-cu dəqiqədə Salas Quinta Antonio vurub. 80-ci dəqiqədə isə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib - 1:2. Beləliklə, gəncəlilər doğma meydan amilindən yararlana bilməyiblər.

AZAL "Zirə" ilə qarşılaşıb. 68-ci dəqiqədə Nuqzar Kvirtiya "təyyarəçilər"i önə keçirsə də, 18 dəqiqə sonra Viktor İqbekoyi bərabərliyi təmin edib - 1:1.

"İnter" "Xəzər Lənkəran"ı sınağa çəkib. Paytaxt təmsilçisi ilk hissədə Rauf Əliyev və Yuri Fomenkonun qolları ilə qələbəni təmin edib. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxa biliblər - 2:1.

Autsayder "Rəvan"ı qəbul edən "Sumqayıt" 3:1 hesabı ilə qalib gəlib.

Günün son oyunu - "Qarabağ" - "Qəbələ" matçı isə artıq çempionluğu təmin etmiş Ağdam təmsilçisinin 2:0 (Dani 16', 32') hesablı qələbəsi ilə başa çatıb.

Turnir cədvəli:

1

Qarabağ

34

81

2

Zirə

34

61

3

İnter

34

56

4

Kəpəz

34

55

5

Qəbələ

34

53

6

AZAL

34

46

7

Neftçi

34

46

8

Sumqayıt

34

33

9

Xəzər Lənkəran

34

14

10

Rəvan

34

14

Məqalədə:
Xəbər lenti

Xəbər lenti