...

Autizm sindromlu uşaqlar stolüstü tennis üzrə məşqlərdə iştirak ediblər (FOTO)

İdman Materials 11 May 2016 18:50 (UTC +04:00)
Autizm sindromlu uşaqlar stolüstü tennis üzrə məşqlərdə iştirak ediblər.
Autizm sindromlu uşaqlar stolüstü tennis üzrə məşqlərdə iştirak ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Stolüstü Tennis Federasiyası autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək göstərmək üçün 7 may tarixində bu uşaqların yığma komandanın məşq prosesində iştirak etmələrini təmin edib.

Federasiyadan Trend-ə verilən məlumata görə, uşaqların stolüstü tennisə yaranan marağını nəzərə alaraq, autizmli uşaqların da tennislə məşğul ola bilməsi üçün onların müəllimlərinə yığma komandanın məşqçiləri tərəfindən təlimlər keçiriləcək.

Həmçinin autizmli uşaqların cəmiyyətə inteqrasiya edilməsi üçün digər müxtəlif tədbirlərin də təşkil olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti