...

Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatıb (FOTO)

İdman Materials 12 May 2016 16:17 (UTC +04:00)
Bu gün Bakıda tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatıb.
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatıb.

Trend-in məlumatına görə, turnir çərçivəsində qaliblər dörd yaş kateqoriyasında müəyyənləşib: böyüklər - 1999-cu il təvəllüdlülər və daha böyüklər, gənclər - 2000-2002; yeniyetmələr - 2003-2006; balacalar - 2007 və daha kiçiklər.

Yeniyetmə yaş kateqoriyasında oğlanlar arasında yarışlarda Adil Hacızadə 59,100 ballıq ümumi nəticə ilə qızıl medal qazanıb. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Bilal Qurbanov (57,400 bal) və Elnur Məmmədov (56,500 bal) tutublar.

Balacalar arasında (2007-ci il təvəllüdlü) birinci yeri 39,900 bal toplamış Məhəmmədəli Camalov tutub. Abbas Abbasov (39,600 bal) ikinci, Enes Nərimanov isə (35,300 bal) üçüncü olub.

Gənclər arasında qızıl medala Fərid Mustafayev (59 bal) layiq görülüb. Nəcməddin Hacıyev (55,900 bal) isə ikinci olub. Böyüklər arasında yarışda Mixail Malkin (70,800 bal) birinci olub.

Balacalar yaş kateqoriyasında qızlar arasında Aliyə İsmayılova (39,600 bal) birinci olub. Yeniyetmələr arasında isə Zeynəb Qasımlı (56,300 bal) qızıl medal qazanıb.

Yarışlarda ümumilikdə 20 idmançı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti