...

Qadın velosipedçimizdən Rio-2016-ya doğru daha bir addım (FOTO)

İdman Materials 13 May 2016 19:42 (UTC +04:00)
Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC Llubljana" Dünya Turu komandasının üzvü Yelena Pavluxina Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda növbəti lisenziya xalları əldə edib.
Qadın velosipedçimizdən Rio-2016-ya doğru daha bir addım (FOTO)

Bakı. Trend:

Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC Llubljana" Dünya Turu komandasının üzvü Yelena Pavluxina Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda növbəti lisenziya xalları əldə edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən əmlumata görə, velosipedçimiz Çində keçirilən "Tour of Zhoushan Island" turunda aktivinə daha 12 reytinq balı yazıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı üçgünlük yarışının yekununa əsasən, yığma komandamzın üzvü ümumi təsnifatda 70 velosipedçi arasında 4-cü olub. Qeyd edək ki, Yelena Pavluxina mayın 6-8-də Çində keçirilən digər bir yarış - Dünya Turu statusunu daşıyan "Tour of Chongming" veloturunda da uğurla çıxış etmiş və ümumi təsnifatda 9-cu olaraq 30 reytinq xal qazanmışdı.

Bugünkü 12 xalı nəzərə almasaq, hazırda idmançımız aktivindəki 137 reytinq xalı ilə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq sıralanmasında 685 qadın velosipedçi arasında 70-ci yerdə qərarlaşır. Bu isə Yelena Pavluxinaya Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı verir.

Qeyd edək ki, UCİ qaydalarına əsasən, qadın velosipedçilərin reytinq xallarını toplaması prosesi mayın 31-də başa çatacaq və yalnız bundan sonra Olimpiya Oyunlarına vəsiqə qazanacaq velosipedçilərin adlarına aydınlıq gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti