...

Azərbaycan Velosiped İdmanı Federasiyasında görüş (FOTO)

İdman Materials 17 May 2016 15:47 (UTC +04:00)
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbər heyəti arasında Respublika Velotrekində görüş keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasında görüş (FOTO)

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbər heyəti arasında Respublika Velotrekində görüş keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, görüş zamanı Velosiped İdmanı Federasiyası ilə ali təhsil ocağı arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Akademiyanın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə və beynəlxalq əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayeva təhsil müəssisəsinin rektoru Fuad Hacıyevin tapşırığı əsasında ixtisaslı kadrların yetişdirilməsi üçün idman federasiyaları ilə əməkdaşlıq prosesinə start verildiyini bildiriblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti S.Ələkbərov görüləcək işlərin böyük səmərə verəcəyini deyib və qonaqları yenidən qurulmuş Respublika Velotrekində idmançılar üçün yaradılan şəraitlə tanış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti