...

"Qarabağ" yenə də "qızıl dubl" etdi

İdman Materials 25 May 2016 22:40 (UTC +04:00)
Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib
"Qarabağ" yenə də "qızıl dubl" etdi

Bakı. Trend:

Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan final oyununda "Qarabağ" və "Neftçi" komandaları qarşılaşıblar.

Azarkeşlər 90 dəqiqə ərzində qol görməyiblər. Lakin əlavə vaxtın 119-cu dəqiqəsində Migel Madera Ağdam təmsilçisinə kuboku qazandıran qola imza atıb - 1:0.

Beləliklə, "Qarabağ" yenə də "qızıl dubl edib".

Xatırladaq ki, 2014/2015 mövsümündə də finalda bu iki komanda qarşılaşmışdı. "Qarabağ" 3:1 hesabı ilə qələbə qazanaraq "qızıl dubl" etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti