...

"İnter" heyətini gücləndirir

İdman Materials 26 May 2016 17:21 (UTC +04:00)
“İnter” futbol klubu növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir.
"İnter" heyətini gücləndirir

Bakı. Trend:

"İnter" futbol klubu növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Trend-in klubun saytına istinadən məlumat verir ki, Səlahət Ağayev, Denis Silva Kruz, İlkin Qırtımov, Slavik Alxasov, Samir Zərgərov, Abbas Hüseynov, Tərlan Quliyev, Ağabala Ramazanov, Elnur Abdullayev, Pərdis Fərcad-Azad və Rauf Əliyevlə yeni müqavilələr imzalanıb.

Bundan öncə Şahin Zəkiyev, Sərtan Taşkın, Aqşin Quluzadə, Mirhüseyn Seyidov və Nizami Hacıyevlə də müqavilə imzalanmışdı.

Xatırladaq ki, "İnter" əsas komandanın futbolçuları - Kamran Ağayev, Elşən Poladov və Vüqar Nadirovla müqavilələrinin müddətinin uzadılmaması barədə qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti