...

FİDE prezidenti: Bakı şahmat yarışları tarixində yeni səhifə açacaq

İdman Materials 27 May 2016 14:54 (UTC +04:00)
FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovla görüşüb.
FİDE prezidenti: Bakı şahmat yarışları tarixində yeni səhifə açacaq

Bakı. Trend:

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovla görüşüb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının rəhbəri paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlığın gedişatından razı olduğunu bildirib. Kirsan İlyumjinov söyləyib ki, Bakı şəhəri indiyə qədər keçirilən şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə yarışın tarixində yeni səhifə açacaq.

Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov eləcə də AŞF-nin vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənovun iştirak etdiyi görüşdə Bakı Şahmat Olimpiadasının hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti