...

Teymur Rəcəbov: "Raufla o qədər də çox oynamamışam" (FOTO)

İdman Materials 27 May 2016 19:45 (UTC +04:00)
"ShamkirChess-2016" superturnirinin II turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıblar.
Teymur Rəcəbov: "Raufla o qədər də çox oynamamışam" (FOTO)

Bakı. Trend:

"ShamkirChess-2016" superturnirinin II turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıblar.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, partiyadan sonra şahmatçılar oyun haqqında danışıblar. T.Rəcəbov klassik şahmatda Raufla o qədər də çox oyun keçirmədiyini bildirib: "Rauf Məmmədovla o qədər çox oynamamışıq. 4 yaşından şahmatdayam, bəlkə də yadımda qalmayıb. Bir-birimizlə oyunların fərqini bilmirəm. Məmmədovla bugünkü oyun bərabər alındı. Demək olar ki, üstünlük görünmürdü".

Azərbaycan şahmatçısı R.Məmmədov isə klassik şahmatdan çox blits oynamağı xoşladığını deyib: "Teymur kimi şahmatçıya qarşı diqqətli oynamaq vacibdir. Debüt normal oldu. Sadəcə üstünlük əldə etmək mümkün deyildi. Rəcəbov çox diqqətli idi. Onunla o qədər çox oynamamışıq. Ümumiyyətlə, klassik şahmatdan çox blits oynamağı sevirəm. Klassik şahmat 4 saat davam edir, blits isə 10 dəqiqə. Vaxt cəhətdən də rahat oynamaq olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti