...

Eltac Səfərli: "Raufu təəccübləndirə bilmədim"

İdman Materials 28 May 2016 19:08 (UTC +04:00)
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2016 superturnirinin III turunda bir partiya başa çatıb
Eltac Səfərli: "Raufu təəccübləndirə bilmədim"

Bakı. Trend:

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2016 superturnirinin III turunda bir partiya başa çatıb.

Trend-in məlumatına görə, Azərbaycan şahmatçıları Rauf Məmmədovla Eltac Səfərlinin görüşündə qalib müəyyənləşməyib. Ölkə çempionu Eltac Səfərli partiya haqda bunları deyib: "Raufla bir-birimizə qarşı çox oynamışıq. O məni, mən də onu yaxşı tanıyıram. Debütdə istədim Raufu təəccübləndirim, amma alınmadı. Düzgün gedişlərlə müdafiədə səhv etmədi. Heç-heçə oyuna görə olan nəticədir. Digər tərəfdən etiraf edirəm ki, doğma meydanda həmyerlilərimizə qarşı çıxış etmək asan deyil. Bir qədər fərqli hisslər yaranır. Uzun müddətdir eyni komandada çıxış edirik. Azərbaycan millisində birgə oynayırıq, eyni zamanda uşaq vaxtlarından bir məşq edirik. Dostla partiyada qələbəyə oynamaq çətindir".

Azərbaycan çempionu sentyabrda Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasından da danışıb. Onun sözlərinə görə Azərbaycan millisi mötəbər yarışa ciddi hazırlaşacaq: "Olimpiada Bakıda keçirildiyindən ciddi hazırlıq planı tərtib olunub. ShamkirChess2016-dan sonra bütün diqqətimiz hazırlığa yönələcək. Bakıda planetin ən güclü komandaları gələcək. Azərbaycan millisinin potensialı yüksəkdir. İki dəfə Avropa çempionu olmuşuq. Yalnız şahmat olimpiadasında mükafatımız yoxdur. Proqnoz vermək istəməzdim. Sadəcə onu deyim ki, hər bir şahmatçımız məsuliyyəti başa düşür".

Xəbər lenti

Xəbər lenti