...

Premyer Liqada çıxış edəcək klubların sayı gələn həftə dəqiq bilinəcək

İdman Materials 7 İyun 2016 17:25 (UTC +04:00)
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.
Premyer Liqada çıxış edəcək klubların sayı gələn həftə dəqiq bilinəcək

Bakı. Trend:

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.

Trend qurumun saytına istinadən məlumat verir ki, iclasda müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

- 2016-2017-ci il mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərar İcraiyyə Komitəsinin 13 iyun 2016-cı il tarixində keçiriləcək iclasında qəbul olunsun. AFFA, PFL və Lisenziyalaşdırma Qrupu I Diviziondan idman prinsiplərinə uyğun olaraq Premyer Liqaya yüksəlmək ehtimalı olan klubların vəziyyəti ilə bağlı iyunun 13-dək araşdırma aparıb İcraiyyə Komitəsinə təqdim etsin.

- Rafiq Mirzəyevin U-17 Azərbaycan yığmasının, Mirbağır İsayevin U-16 Azərbaycan yığmasının, Milton Luiz Ziller Juniorun futzal üzrə Azərbaycan milli komandasının, Zeynal Zeynalovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatı təsdiq olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti