...

Avro-2016-da yeniliklər

İdman Materials 10 İyun 2016 12:08 (UTC +04:00)
Bu gün Fransada start götürəcək futbol üzrə Avropa çempionatında ilk dəfə yeni qaydaların şahidi olacağıq.
Avro-2016-da yeniliklər

Bakı. Trend:

Bu gün Fransada start götürəcək futbol üzrə Avropa çempionatında ilk dəfə yeni qaydaların şahidi olacağıq.

Trend UEFA-nın saytına istinadən məlumat verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının qəbul etdiyi bir sıra qərarlar artıq iyunun 1-dən qüvvəyə minib:

1. Start fitindən sonra topu artıq meydanın istənilən istiqamətinə ötürmək olar;

2. Zədələnən futbolçuya meydanın daxilində tibbi yardım göstərmək olar. Bu şərtlə ki, həmin oyunçuya xəsarət yetirən rəqib futbolçuya qırmızı və ya sarı vərəqə göstərilsin;

Avro-2016 başlayır

Avro-2016 başlayır

3. Cərimə meydançası daxilində sonuncu ümid foluna görə hakimlərin verdiyi cəzaya dəyişiklik edilir. Bundan əvvəl belə qayda pozuntusuna görə penalti verilir, həmçinin qaydanı pozan futbolçu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulurdu. Yeni qərara əsasən, cərimə meydançası daxilində qapıçı və ya digər oyunçu bilərəkdən qaydanı pozmazsa, daha qırmızı deyil, sarı vərəqə alacaq. Sonuncu ümid folu zamanı bilərəkdən qayda pozuntusuna yol verən oyunçu isə əvvəli kimi qırmızı vərəqə alacaq;

4. Avropa çempionatları tarixində ilk dəfə topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirmək üçün xüsusi texnologiyadan istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti