...

Velosipedçimiz Slovakiyada 3-cü oldu

İdman Materials 13 İyun 2016 13:09 (UTC +04:00)
Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya Turu ölkəmizin "Synergy Baku" kontinental komandası üçün uğurlu sonluqla başa çatıb.
Velosipedçimiz Slovakiyada 3-cü oldu

Bakı. Trend:

Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Slovakiya Turu ölkəmizin "Synergy Baku" kontinental komandası üçün uğurlu sonluqla başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, velosipedçimiz Kiril Pozdnyakov ümumi sıralanmada fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Yarışın 2-ci mərhələsində finiş xəttini 2-ci keçməklə ümumi təsnifatda 3-cü pilləyə yüksələn K.Pozdnyakov bu mövqeyini sonadək qoruyub və beşgünlük yarışın qalibi, İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Mauro Finettodan cəmi 9 saniyə geri qalıb.

Xatırladaq ki, 23 komandanın çıxış etdiyi yarışda "Synergy Baku" Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və K.Pozdnyakovla təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti