...

Azərbaycan Avtomobil Federasiyası FIA-nın illik idman konfransında təmsil olunur (FOTO)

İdman Materials 24 İyun 2016 16:46 (UTC +04:00)
"Formula 1" üzrə dördqat dünya çempionu, "Ferrari" pilotu Sebastian Fettel Bakıda yarışın çox gözəl təşkil edildiyini vurğulayıb.
Azərbaycan Avtomobil Federasiyası FIA-nın illik idman konfransında təmsil olunur (FOTO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Federasiyasının (AAF) nümayəndə heyəti İtaliyanın Turin şəhərində keçirilən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) illik idman konfransında iştirak edir.

AAF-dan Trend-ə verilən məlumata görə, iyunun 21-dən başlayan tədbirin əsas mövzusu avtomobil idmanının keçmişi, bu günü və gələcəyidir.

Tədbir çərçivəsində, həmçinin yerli avtomobil federasiyalarının inkişaf strategiyaları, avtomobil idmanında təhlükəsizlik, avtomobil idmanı və avtomobil sənayesinin vəhdəti mövzularında panel müzakirələri aparılır.

Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisi yarışı da konfransın diqqət mərkəzindədir. Tədbir zamanı yarışın yüksək səviyyədə təşkil olunduğu qeyd edilib. "Formula 1" üzrə dördqat dünya çempionu, "Ferrari" pilotu Sebastian Fettel Bakıda yarışın çox gözəl təşkil edildiyini vurğulayıb.

Bu gün başa çatacaq konfransda dünya avtomobil idmanı və sənayesi nümayəndələri, avtomobil federasiyaları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti