...

Avro-2016: Portuqaliya dörddəbir finala yüksəlib

İdman Materials 26 İyun 2016 01:47 (UTC +04:00)
İyunun 25-də futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində növbəti oyun keçirilib.
Avro-2016: Portuqaliya dörddəbir finala yüksəlib

Bakı. Trend:

İyunun 25-də futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində növbəti oyun keçirilib.

Trend-in məlumatına görə, Xorvatiya və Portuqaliya milli komandaları qarşılaşıb.

İspaniyalı baş hakim Karlos Velaskonun idarə etdiyi oyununun əsas vaxtında hesab açılmayıb.

Görüşün 117-ci dəqiqəsində portuqaliyalı Kriştianu Ronaldunun ötürməsini Rikardo Quaresmo rəqib qapısından keçirib.

Beləliklə, Portuqaliya millisi 1:0 hesabı ilə qalib gələrək Avro-2016-nın dörddəbir finalına yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti