...

Avro-2016-da daha bir erkən final (FOTO)

İdman Materials 27 İyun 2016 22:47 (UTC +04:00)
Fransada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu başa çatıb
Avro-2016-da daha bir erkən final (FOTO)

Bakı. Trend:

Fransada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu başa çatıb.

Trend-in məlumatına görə, turnirin ən güclü komandalarından olan İtaliya və İspaniya qarşılaşıblar.

Oyuna italyanlar fəal başlayıblar. 33-cü dəqiqədə Corcio Kyellini ispanları məyus edib. Erkən final adlandırılan görüşdə son nöqtəni də italyanlar qoyub - 90+1-ci dəqiqədə Qratsiano Pelle fərqlənib - 2:0.

Beləliklə, İtaliya 1/4 final mərhələsində Almaniya ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti