...

"Barselona"nın yeni transferi

İdman Materials 4 İyul 2016 19:00 (UTC +04:00)
"Vilyareal" komandasının yarımmüdafiəçisi Denis Suares "Barselona"ya qayıdıb.
"Barselona"nın yeni transferi

Bakı. Trend:

İspaniyanın "Vilyareal" komandasının yarımmüdafiəçisi Denis Suares "Barselona"ya qayıdıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi 22 yaşlı futbolçuya görə 3,25 milyon avro ödəyərək onu geri satın alıb.

D.Suares “Barselona” ilə 4 illik müqavilə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti