...

"Samtredia" - "Qəbələ" oyununun hakimləri müəyyənləşdi

İdman Materials 5 İyul 2016 20:10 (UTC +04:00)
"Qəbələ"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi Gürcüstanın "Samtredia" klubu ilə cavab oyununun hakimləri müəyyənləşib.
"Samtredia" - "Qəbələ" oyununun hakimləri müəyyənləşdi

Bakı. Trend:

"Qəbələ"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi Gürcüstanın "Samtredia" klubu ilə cavab oyununun hakimləri müəyyənləşib.

Trend "Qəbələ"nin saytına istinadən bildirir ki, iyulun 7-də baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgios Kizas olacaq.

“Samtredia” - “Qəbələ” oyunu Zestafonidə keçiriləcək. David Abaşidze adına stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xatırladaq ki, iyunun 30-da Bakıda keçirilən ilk oyunda “Qəbələ” 5:1 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti