...

“Kəpəz” tarix yazdı, “Qəbələ” də növbəti mərhələdə (VİDEO)

İdman Materials 7 İyul 2016 21:00 (UTC +04:00)
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab oyunları keçirilir
“Kəpəz” tarix yazdı, “Qəbələ” də növbəti mərhələdə (VİDEO)

Bakı. Trend:

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, “Kəpəz” Moldovanın “Daçiya” klubunun qonağı olub.

İlk oyunda qapılar toxunulmaz qalsa da (0:0), Gəncə təmsilçisi səfərdə önə keçib – 57-ci dəqiqədə Dario Federiko fərqlənib. Bu, matçda vurulan yeganə qol olub – 1:0.

Beləliklə, “Kəpəz” tarixində ilk dəfə olaraq avrokuboklarda növbəti mərhələyə yüksəlib. Gəncə klubunun II təsnifat mərhələsində rəqibi Avstriyanın "Admira" komandası olacaq.

“Qəbələ” isə səfərdə Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşıb.

Oyuna meydan sahibləri fəal başlayıblar – 15-ci dəqiqədə Budu Zivzivadze penalti zərbəsini dəqiq yerinə yetirib. İlk oyunda het-trik edən Teo Uiks isə elə ilk hissədə tarazlığı bərpa edib. Lakin son dəqiqələrdə Şerqelaşvili son nöqtəni qoyub - 2:1.

Beləliklə, ilk oyunda 5:1 hesablı qələbə qazanan “Qəbələ” də II təsnifat mərhələsinə yüksəlib. Bu mərhələdə isə rəqib MTK (Macarıstan) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti