...

"Bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım"

İdman Materials 14 İyul 2016 15:21 (UTC +04:00)
"Qarabağ" futbol klubunun yetirməsi olan Vüqar Nadirov yenidən komandaya qayıdıb.
"Bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım"

Bakı. Trend:

"Qarabağ" futbol klubunun yetirməsi olan Vüqar Nadirov yenidən komandaya qayıdıb.

Trend klubun saytına istinadən məlumat verir ki, futbolçu ilə bir illik müqavilə imzalanıb.

V.Nadirov peşəkar karyerasına "Qarabağ"da başlayıb və 2004-cü ilə qədər komandada forma geyinib, 2009-cu ildə yenidən komandaya qayıdan V.Nadirov 6 il yenidən "Qarabağ" forması geyinib.

O, komandaya dönüşünü belə şərh edib: "Olduqca sevincliyəm, bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım. Əlimdən gələni edəcəyəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il idi ki, bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacağam, həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim. "Qarabağ" azarkeşləri bizim ürək yerimizdir. Çalışacağam ki, onları sevindirim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti