...

"Qəbələ" Fransa, "Neftçi" və "Kəpəz" Çexiya klubları ilə qarşılaşa bilər

İdman Materials 15 İyul 2016 16:04 (UTC +04:00)
İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
"Qəbələ" Fransa, "Neftçi" və "Kəpəz" Çexiya klubları ilə qarşılaşa bilər

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkə əsasən hər üç təmsilçimizin potensial rəqibləri məlum olub.

Belə ki, "Kəpəz" Avstriya "Admira"sını keçsə, III təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.

"Qəbələ"nin potensial rəqibi Fransanın "Lill", "Neftçi"nin isə Çexiyanın "Mlada Boleslav" klubudur.

Bu mərhələnin oyunları 28 iyul və 4 avqust tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti