...

"Synergy Baku"nun üzvü Çində 2-ci olub (FOTO)

İdman Materials 21 İyul 2016 11:50 (UTC +04:00)
Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Qinghai Lake" yürüşünün 4-cü mərhələsi Azərbaycanın "Synergy Baku" klubu üçün uğurlu nəticə ilə yadda qalıb.
"Synergy Baku"nun üzvü Çində 2-ci olub (FOTO)

Bakı. Trend:

Çin Xalq Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı "Tour of Qinghai Lake" yürüşünün 4-cü mərhələsi Azərbaycanın "Synergy Baku" klubu üçün uğurlu nəticə ilə yadda qalıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, komandamızın üzvü Matey Müqerli kifayət qədər ağır dağ yolları ilə yadda qalan 147 km-lik marşrutu 2-ci pillədə başa vurub.

Məsafəni 4 saat, 1 dəqiqə, 51 saniyəyə qət edən velosipedçimiz mərhələ qalibi ilə eyni göstəriciyə imza atsa da, hər şeyi fotofiniş həll edib.

Qeyd edək ki, "Synergy Baku" nüfuzlu yarışa 7 velosipedçi ilə başlasa da, onlardan ikisi - Yannis Tamuridis və Kiril Pozdnyakov 1-ci mərhələnin finişinə 2 km qalmış yola piyada çıxması nəticəsində baş verən toqquşmada zədə almış və yarışı yarımçıq bitirmək məcburiyyətində qalmışdı. 4-cü mərhələdə isə daha bir təmsilçimiz - Yosip Rumaç zədələnib və belədə "Synergy Baku" Çin yarışında mübarizəni 4 nəfərlə - Matey Müqerli, Elçin Əsədov, Samir Cəbrayılov və ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averinlə davam etdirəcək.

13 mərhələdən ibarət "Tour of Qinghai Lake" yürüşünə iyulun 30-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti