...

“Qəbələ” “Lill”i Bakıya gətirir (VİDEO)

İdman Materials 21 İyul 2016 22:53 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının II mərhələsinin cavab oyunları keçirilir.
“Qəbələ” “Lill”i Bakıya gətirir (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının II mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, “Qəbələ” Bakıda Macarıstanın “MTK Budapeşt” komandasını qəbul edib.

Səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən “Qəbələ” bu dəfə də oyuna aktiv başlayıb. Artıq 7-ci dəqiqədə Zenyov hesabı açıb. 35-ci dəqiqədə isə Teo Uiks fərqi artırıb.

"Qəbələ" Fransa, "Neftçi" və "Kəpəz" Çexiya klubları ilə qarşılaşa bilər

"Qəbələ" Fransa, "Neftçi" və "Kəpəz" Çexiya klubları ilə qarşılaşa bilər

İkinci hissədə qapılar toxunulmaz qalıb – 2:0.

Beləliklə, “Qəbələ” III mərhələdə Fransanın “Lill” klubu ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti