...

Jalə Piriyeva: Çalışmaq və inkişaf etmək lazımdır

İdman Materials 23 İyul 2016 14:08 (UTC +04:00)
Gürzlərlə çıxışı bir kənara qoysaq, prinsipcə normal çıxış etdiyimi düşünürəm.
Jalə Piriyeva: Çalışmaq və inkişaf etmək lazımdır

Bakı. Trend:

Gürzlərlə çıxışı bir kənara qoysaq, prinsipcə normal çıxış etdiyimi düşünürəm.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edən azərbaycanlı gimnast Jalə Piriyeva deyib.

J.Piriyeva çıxışını şərh edib: "Gürzlərlə daha yaxşı çıxış edə bilərdim. Lakin hesab edirəm ki, normal çıxış etdim. Gürzlərlə hərəkəti çıxsaq, çıxışım yaxşı alındı".

Azərbaycanlı gimnastın sözlərinə görə, hazırda onun üçün əsas məqsəd sonrakı hazırlıq və inkişafdır: "Çalışmaq və inkişaf etmək lazımdır. Bu proqramı axıra çatdıracağımı və ya yenisinə başlayacağımı hələ bilmirəm. Bu, məşqçinin qərarından asılı olacaq".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti