...

Macar gimnast: Milli Gimnastika Arenasının ab-havası çox gözəldir

İdman Materials 23 İyul 2016 16:00 (UTC +04:00)
Hesab edirəm ki, tapşırıqlarımı maksimum səviyyədə yerinə yetirdim.
Macar gimnast: Milli Gimnastika Arenasının ab-havası çox gözəldir

Bakı. Ənvər Məmmədov - Trend:

Hesab edirəm ki, tapşırıqlarımı maksimum səviyyədə yerinə yetirdim.

Trend-in məlumatına görə, bunu jurnalistlərə macarıstanlı gimnast Aleksandra Kis deyib.

Onun sözlərinə görə, Milli Gimnastika Arenasında zalın ab-havası və Bakıdakı arenanın özü çox xoşuna gəlir: “Arena çox yaxşıdır və tribunaların, azarkeşlərin dəstəyi xoşuma gəlir. Bura tez-tez gəlmək istərdim”.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti