...

Azərbaycan gimnastları: Doğma arenada azarkeşlərin dəstəyi kömək etdi

İdman Materials 23 İyul 2016 18:25 (UTC +04:00)
Evdə, Bakıda çıxış etmək çox xoş oldu.
Azərbaycan gimnastları: Doğma arenada azarkeşlərin dəstəyi kömək etdi

Bakı. Maksim Tsurkov - Trend:

Evdə, Bakıda çıxış etmək çox xoş oldu. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri deyiblər.

Təmsilçimiz Diana Doman bildirib: "Hər kəs bizi dəstəkləyirdi. Necə deyərlər, evdə divarlar da kömək edir".

Onun fikrincə, Azərbaycan gimnastları daha yaxşı nəticə əldə edə bilərdilər: "İstənilən halda biz nəticədən razıyıq. Ruhdan düşmək olmaz, irəli getmək lazımdır".

Doğma arenada çıxış etməyin çətin olub-olmadığına toxunan gimnast deyib ki, bununla əlaqədar məsuliyyət hiss olunurdu, lakin azarkeşlərin kömək və dəstəyi də var idi: "Daha yaxşı nəticə göstərməyə çalışacağıq. Bizə sakitləşmək və əminliklə çıxış etmək lazımdır".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti