...

ABŞ gimnastları: Bakı azarkeşləri idmançıları inanılmaz dərəcədə dəstəkləyirlər

İdman Materials 23 İyul 2016 18:26 (UTC +04:00)
Bakı azarkeşləri idmançıların hər çıxışını sadəcə inanılmaz dərəcədə dəstəkləyirlər.
ABŞ gimnastları: Bakı azarkeşləri idmançıları inanılmaz dərəcədə dəstəkləyirlər

Bakı. Trend:

Bakı azarkeşləri idmançıların hər çıxışını sadəcə inanılmaz dərəcədə dəstəkləyirlər.

Trend-ə bunu bədii gimnastika üzrə ABŞ yığmasının nümayəndələri deyib.

Monika Roxmen yarış və şəhər haqqında fikirlərini bölüşüb: "Burada azarkeşlər çox səs-küylüdürlər və idmançıya inanılmaz dəstək verirlər. Bu, çox gözəldir. Biz Bakıya ilk dəfə gəlirik. Bura çox xoşumuza gəlir. Gözəl ölkə, gözəl şəhərdir".

Gimnastların çıxışlarından razı qaldıqlarını deyən M.Roxmen həmçinin əlavə edib: "Bu, bizim Olimpiada öncəsi sonuncu startımızdır. Ona görə də gözəl təşkil olunmuş Bakıdakı Dünya Kuboku bizim üçün çox vacibdir. Biz burada olmağımızdan və çıxışlarımızdan zövq aldıq".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti