...

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günü başladı (FOTO)

İdman Materials 24 İyul 2016 12:00 (UTC +04:00)
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günü başlayıb.
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günü başladı (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günü başlayıb.

Trend-in məlumatına görə, yarışlar Milli Gimnastika Arenasında keçirilir.

Fnalda fərdi gimnastların top, halqa, lent və gürzlərlə, həmçinin qrup hərəkətləri komandalarının 5 lentlə, 3 cüt gürz və 2 halqa ilə çıxışları olacaq.

Azərbaycanı top və lentlə çıxışlarda Marina Durunda, eləcə də qrup hərəkətləri komandasının tərkibində Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Celep və Ayşən Bayramova təmsil edirlər.

Yekunda qaliblərin mükafatlandırılmasından sonra qala-konsert və bağlanış mərasimi keçiriləcək.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti