...

Rusiyalı gimnast Bakıda qızıl medal qazandı

İdman Materials 24 İyul 2016 12:51 (UTC +04:00)
Rusiyalı idmançı Yana Kudryavtseva Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında halqa ilə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.
Rusiyalı gimnast Bakıda qızıl medal qazandı

Bakı. Maksim Tsurkov - Trend:

Rusiyalı idmançı Yana Kudryavtseva Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında halqa ilə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, onun nəticəsi 19.450 bal olub.

Gümüş medal digər rusiyalı gimnast Marqarita Mamuna (18.550) qismət olub. Bürünc medalı isə Fransa təmsilçisi Kseniya Mustafayeva (18.500 bal) qazanıb.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti