...

Rusiyalılar Bakıda Dünya Kubokunun finalında birinci yeri bölüşüblər

İdman Materials 24 İyul 2016 14:02 (UTC +04:00)
Rusiyalılar Yana Kudryavtseva və Marqarita Mamun Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalında gürzlərlə hərəkətlərin yekunu üzrə birinci yeri bölüşüblər.
Rusiyalılar Bakıda Dünya Kubokunun finalında birinci yeri bölüşüblər

Bakı. Trend:

Rusiyalılar Yana Kudryavtseva və Marqarita Mamun Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalında gürzlərlə hərəkətlərin yekunu üzrə birinci yeri bölüşüblər.

Trend-in məlumatına görə, hər iki gimnastın nəticəsi 19,400 bal olub.

Bürünc medalı 18,500 ballıq naticə ilə fransalı Kseniya Mustafayeva qazanıb.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti