...

Bakıda Dünya Kubokunun gürz və lentlə hərəkətlər üzrə qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 24 İyul 2016 15:21 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda gürz və lentlə hərəkətlər üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Bakıda Dünya Kubokunun gürz və lentlə hərəkətlər üzrə qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda gürz və lentlə hərəkətlər üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov və Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin üzvü Daniela Dellekyai iştirak ediblər.

Həmçinin cari ilin Dünya Kubokunun doqquz mərhələsində göstərilmiş ən yaxşı 4 nəticənin yekunları üzrə FIG Kuboku tədim edilib. Gürzlərlə və lentlə hərkəkətlərdə mükafatı rusiyalı gimnast Marqarita Mamun qazanıb.

Mükafatları FIG-nin Texniki Komitəsinin üzvü D.Dellekyai təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti