...

Rusiya yığması bədii gimnastika üzrə Dünya Kubokunu qızılla başa vurdu

İdman Materials 24 İyul 2016 16:12 (UTC +04:00)
Rusiya yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında 2 halqa və 3 cüt gürzlə qrup hərəkətlərinin yekununda qızıl medal qazanıb.
Rusiya yığması bədii gimnastika üzrə Dünya Kubokunu qızılla başa vurdu

Bakı. Trend:

Rusiya yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında 2 halqa və 3 cüt gürzlə qrup hərəkətlərinin yekununda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, rusiyalı gimnastlar finalda 19.000 bal toplayıblar.

İkinci yerə İtaliya (18.500 bal), üçüncü yerə isə İspaniya (18.300) təmsilçiləri layiq görülüblər.

Tərkibində Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Celep və Ayşən Bayramova olan Azərbaycan komandası finalda 17.750 bal toplayaraq 5-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti