...

"Qəbələ" səfərdən heç-heçə ilə qayıdır

İdman Materials 28 İyul 2016 23:08 (UTC +04:00)
İyulun 28-də UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunları start götürüb
"Qəbələ" səfərdən  heç-heçə ilə qayıdır

Bakı. Trend:

İyulun 28-də UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunları start götürüb.

Trend-in məlumatına görə, turnirdə təmsilçimiz “Qəbələ” səfərdə Fransanın “Lill” komandası ilə qarşılaşıb.

“Metropol Arena”da oynanılan matçın 13-cü dəqiqəsində “Qəbələ” hesabı açıb. Komandanın heyətində Vitali Vernidub fərqlənib – 1:0.

47-ci dəqiqədə “Lill”in futbolçusu Mendes hesabı bərabərləşdirib - 1:1. Matç elə bu hesabla başa çatıb.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti