...

MOK: İdmançılar oyunlara təntənəli şəkildə yola salınacaq

İdman Materials 29 İyul 2016 15:49 (UTC +04:00)
Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların birinci qrupu artıq yola düşüb.
MOK: İdmançılar oyunlara təntənəli şəkildə yola salınacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların birinci qrupu artıq yola düşüb. İkinci qrup avqustun 1-dən 2-ə keçən gecə yola düşəcək.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, idmançılar oyunlara təntənəli şəkildə yola salınacaq: "Din xadimlərimiz idmançılara xeyir-dua verəcəklər. Musiqi və rəqslər də olacaq. İdmançıların gediş-gəliş vaxtını idman federasiyalarının xahişini nəzərə alaraq müəyyən etmişik. Kim tez qayıtmaq istəyirsə, tez qayıdacaq. Məsələn, cüdoçular yarışlarını tez bitirirlər və onlar tez qayıtmaq istəyirlər. Amma olimpiya kəndində qalma kvotası da var. Onların 50 faizi yerini dəyişməlidir. Bu da təşkilatçıların imkanları ilə bağlıdır. Azərbaycanda keçirilən Avropa Oyunlarında idmançıların sonadək qalma imkanı var idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti