...

"Qarabağ"ın cavab matçının biletləri satışdadır (FOTO)

İdman Materials 30 İyul 2016 13:48 (UTC +04:00)
"Qarabağ" - "Viktoriya Plzen" matçının biletləri artıq satışdadır.
"Qarabağ"ın cavab matçının biletləri satışdadır (FOTO)

Bakı. Trend:

"Qarabağ" - "Viktoriya Plzen" matçının biletləri artıq satışdadır.

Trend "Qarabağ" klubunun saytına istinadən xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 2-si Respublika stadionunda Çexiyanın "Viktoriya Plzen" klubunu qəbul edəcək. Bu matçın biletləri bu gün səhər saatlarından etibarən satışdadır.

Azarkeşlərdən xahiş olunur ki, biletlərini qısa zamanda əldə etsinlər. Kassalar axşam saat 20:00-a qədər azarkeşlərin xidmətində olacaq.

Qeyd edək ki, biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti